Cümə, 15 İyul 2016 21:00

Binali Yıldırım fövqəladə toplantı çağırdı

Toplantı bu gün Bakı vaxtı ilə saat 13:00-da olacaq. 

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə Böyük Millət Məclisini fövqəladə toplantıya çağırıb.

Toplantı bu gün Bakı vaxtı ilə saat 13:00-da olmalıdır.

Baş nazirin sözlərinə görə, Millət Məclisi milli iradənin səsi olaraq lazım olan cavabı verəcək.

"Müxalifət liderlərinə təşəkkür edirəm. Onlar demokratiyaya sahib çıxıblar, çevriliş cəhdinə qarşı dəqiq mövqe göstərərək, hökumətimizin yanında olublar. İkincisi, vətəndaşlarımız küçələri inqilabçılara verməyiblər. Buna görə, vətəndaşlarımıza çox təşəkkür edirəm. Bundan sonra da vətəndaşlarımız heç vaxt ayrılmasınlar, evində olanlar dərhal meydana gəlsinlər. Meydanı boş buraxmayaq", - deyə Binali Yıldırım vurğuladı.

Oxunuş sayı 1292 dəfə
Şərh vermək üçün giriş edin
Top