Cümə, 02 Sentyabr 2016 22:00

Səudiyyə rejimi şeytana daş atmanı qadağan etdi

ABNA –nın verdiyi xəbərə görə, öncə şeytan rəmzi olan OBİLEKS-i götürərək yerinə Kəbə Evinə oxşar divar hördürən yəhud əsilli Səudiyyə rejimi bu ilki həcc mərasimində “izdihamın” (!) baş verməsinin qarşısını almaq bəhanəsilə şeytanı daşlamaq müddətinə məhdudiyyət tətbiq edir.

Səudiyyə Ərəbistanının mediasında gedən xəbərlərə əsasən, şeytana daş atmağın vaxtı dəyişdirilərək, məhdudlaşdırılıb. Bu il Minada şeytanın daşlanması mərasimi sentyabrın 11-dən etibarən 3 gün ərzində keçiriləcək.

Səudiyyə rejiminin Həcc Nazirliyinin yeni tənzimlənməsinə əsasən, şeytana daş atma mərasimi sentyabrın 11-də səhər saat 06:00-10:30 arasında, 12-də saat 14:00-18:00-ə, 13-də isə səhər saat 10:30-14:00 arasında keçiriləcək.

P.S: Qeyd edək ki, şeytana daş atma mərasiminin vaxtını darlaşdırmaq elə özünü yeni izdihamların yaşanacağına açıq aşkar zəminə yaratmaqdır. Çün ki, daşlama mərasiminin vaxtı nə qədər geniş olarsa bir o qədər də, izdihamın sıxlığı azalar. Əks təqdirdə izdiham daha da şiddətlənəcək.

Oxunuş sayı 1525 dəfə
Şərh vermək üçün giriş edin
Top