Cümə axşamı, 15 Sentyabr 2016 22:00

Böyük Britaniya Türkiyə ilə siyasi əlaqələri dayandırdı

Ankaradakı səfirliyi təhlükəsizlik baxımından işini dayandırıb

Böyük Britaniyanın Ankaradakı səfirliyi təhlükəsizlik baxımından sentyabrın 16-da  fəaliyyət göstərməyəcək. Bu barədə səfirliyin “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilir. Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, Böyük Britaniyanın Ankaradakı səfirliyi Türkiyədə Qurban bayramı günlərində (12-15 sentyabr) işini dayandırmış əksər səfirliklər kimi  sentyabrın 16-da fəaliyyətini bərpa etməli idi.

Bundan əvvəl mətbuatda Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin təhlükəsizlik baxımından həftənin sonunadək fəaliyyətini dayandıracağı barədə məlumat yayılıb.  

Oxunuş sayı 1259 dəfə
Şərh vermək üçün giriş edin
Top