Cümə axşamı, 15 Sentyabr 2016 22:00

Səud şahzadəsindən İrana: 'Sona qədər…'

Səudiyyə Ərəbistanı kralının müşaviri və Məkkə əmiri Faysal İranı tənqid edib.

Minada keçirilən mətbuat konfransında danışan Faysal İranı ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırıb:

“Bu müqəddəs torpaqların və Həccin siyasətə alət edilməsinə icazə verməyəcəyik. Allah İran rəhbərliyini hidayət etsin, İraq, Suriya və Yəməndəki müsəlman xalqlara qarşı xətalı addımlarından qorusun.

Səudiyyə Ərəbistanı rahat tikə deyil. Torpaqlarımıza təhlükə yaradan hər cür hücuma cavab verəcəyik. Bizdən bir nəfər qalana qədər bir qarış torpağımızı əldən vermərik”.

Həcc ziyarəti zamanı asayişin keşiyində duran polis və könüllü sayının 300 mini keçdiyini deyən şahzadə təkcə bu il ölkəyə qaçaq yollarla gəldiyi üçün 426 min nəfərin deportasiya edildiyini vurğulayıb.

Oxunuş sayı 1414 dəfə
Şərh vermək üçün giriş edin
Top