Cümə, 14 Oktyabr 2016 22:00

ABŞ-dan Rusiya ilə bağlı gözlənilməz açıqlama

Suriyada siyasi həll prosesi davam edərsə, terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə hazırıq.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib.

 O, rəsmi Vaşinqtonun Suriya rejiminin Hələbdəki əməliyyatları dayandırması istədiyini bildirib:

 “Əgər lazımi səviyyəyə gəlsək, İŞİD-ə qarşı effektiv mübarizə aparılması ilə bağlı müzakirələr apara bilərik. Rejimlə deyil, Rusiya ilə. İsveçrənin Lozanna şəhərində sabah baş tutacaq görüşdə “dönüş nöqtəsi”nin olacağını düşünmürük. Suriya ilə bağlı çox istiqamətli səyləri birləşdirib, proses sürətləndirməyi hədəfləyirik”. 

Oxunuş sayı 1463 dəfə
Şərh vermək üçün giriş edin
Top