Bazar ertəsi, 24 Oktyabr 2016 22:00

İrandan Türkiyəyə təhdid: "Çox təhlükəlidir"

Əcnəbi dövlətlərin İraq və Suriya ərazisinə icazəsiz müdaxiləsinin çox təhlükəli nəticələri ola bilər.

Bunu İran Prezidenti Həsən Ruhani jurnalistlərə açıqlamasında deyib.

“İraq və Suriya hökumətlərinin tələbi olarsa, hər hansı əcnəbi dövlət onların ərazisində terrorizmə qarşı mübarizə apara bilər. Bu şəkildə müdaxilə beynəxalq qaydalara uyğundur. Əks halda, bu addım bölgədə inamsızlığı artırar. İran olaraq xəbərdarlıq edirik ki, əcnəbi qüvvənin icazəsiz digər ölkənin ərazisinə müdaxilə etməsinin nəticəsi çox təhlükəli ola bilər”, - Ruhani bildirib.

Oxunuş sayı 1218 dəfə
Şərh vermək üçün giriş edin
Top