Bazar ertəsi, 24 Oktyabr 2016 22:00

Antalyada güclü partlayış: Terror ehtimalı - VİDEO

Türkiyənin Antalya vilayətində güclü partlayış baş verib.
 Habertürk xəbər verir ki, partlayış Ticarət və Sənaye Palatasının binasında baş verib.
 Əraziyə çoxlu sayda polis və ambulans cəlb olunub.Partlayışın başvermə səbəbi hələlik məlum deyil. Ehtimallar isə, partlayışın terror təşkilatları tərəfindən həyata keçirildiyi yönündədir.
 Partlayış nəticəsində Palatanın binası və yaxınlıqdakı binalara ciddi ziyan dəydiyi bildirilir.

Oxunuş sayı 1188 dəfə
Şərh vermək üçün giriş edin
Top