Bazar ertəsi, 24 Oktyabr 2016 22:00

Pakistanda terror nəticəsində 59 nəfər ölüb - VİDEO

Pakistanda 200 nəfərdən çox polis kursantı silahlı şəxslər tərəfindən girov götürülüb. 

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənub-qərbindəki Kvett şəhərində baş verib. Belə ki, bir qrup silahlı şəxs polis kollecinə hücum edib.

Dünən “Kalaşnikov” avtomatı və qumbaralarla silahlanan bir qrup terrorçunun Pakistanın Kvetta şəhərindəki polis akademiyasına hücumu nəticəsində 59 adam həlak olub, 200 nəfər girov götürülüb, 117 nəfər isə yaralanıb.

Təhlükəsizlik qüvvələri terrorçuların üçünü məhv edib, 250 tələbə akademiyadan kənara çıxarılıb. Terrorçular akademiyaya hücum edən vaxt orada 600-dən artıq tələbənin olduğu ehtimal edilir.

Qanlı hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, Pakistan ordusunun nüfuzlu generallarından olan Şər Afqun isə Polis hadisənin “Taliban” qruplaşmasına daxil olan “Laşkar-e Canqvi” terror qruplaşmasının törətdiyini ehtimal edir.

Qeyd edək ki, Pakistanın Pəncap əyalətində mərkəzləşmiş “Laşkar-e Canqvi” terror qruplaşması bundan öncə Belucistanda məzhəb davasını şiddətləndirmişdi. “Laşkar-e Canqvi” terror təşkilatı xüsusilə şiələrə qarşı qanlı hücumları ilə məşhurdur. 

Oxunuş sayı 1301 dəfə
Şərh vermək üçün giriş edin
Top