Çərşənbə, 02 Noyabr 2016 21:00

Bağdadidən Türkiyə ilə bağlı təlimat - Sensasiya

İŞİD-ə məxsus mətbuat orqanlarında təşkilatın lideri Əbubəkir Bağdadiyə aid olduğu deyilən səs yazısı yayımlanıb.

Bağdadi 31 dəqiqəlik səs qeydində Mosul əməliyyatının uğursuzluqla nəticələnəcəyinə əmin olduğunu deyib.

Bundan başqa, o, İŞİD üzvlərinə Türkiyəni işğal etməklə bağlı təlimat verib:

“Türkiyə artıq sizin evinizə girib. Bu ölkəni işğal edin və hər tərəfində xof yaradın. Nifrətinizi türk əsgərlərinə tərəf çevirin”.

Hələ ki, sözügedən səs qeydinin Bağdadiyə aid olması rəsmi şəkildə təsdiq olunmayıb.(axar.az)

Oxunuş sayı 1277 dəfə
Şərh vermək üçün giriş edin
Top