Çərşənbə, 02 Noyabr 2016 21:00

"Söz verirəm, hamınızla intim əlaqədə olacam" - Madonna...

Dünya şöhrətli pop ulduz Madonna, ABŞ-da təşkil olunacaq prezident seçkiləri ərəfəsində qalmaqallı açıqlama verib.

ATV.az “The İndependent‎”ə istinadən məlumat verir ki, pop ulduz amerikalı seçicilərə səslənərək bildirib ki, Hillari Klintona dəstək olanlar onunla intim münasibət yaşamaq şansı əldə edəcək:  

“Hillari Klintona səs versəniz, hamınızla intim əlaqədə olacam. Bu işdə çox yaxşıyam”.

Qeyd edək ki, ötən ay Madonna Hillari Klintona dəstək məqsədiylə çəkdirdiyi videorolikdə soyunmuşdu.

Oxunuş sayı 1387 dəfə
Şərh vermək üçün giriş edin
Top