Cümə axşamı, 03 Noyabr 2016 21:00

Kürd partiyasının lideri Türkiyədə həbs edildi

Türkiyədəki kürd partiyası və PKK terror təşkilatına yaxınlığı ilə bilinən HDP-nin lideri həbs edilib.

Xeber.İno türk mediasına istinadən xəbər verir ki, Səlahəddin Dəmirtaş və partiyanın həmsədri Figen Yüksəkdağ başda olmaqla Türkiyə parlamentinin daha 9 deputatı terrora dəstək verməkdə ittiham edilərək həbs ediliblər.

Həbs Türkiyənin Diyarkəkir, Şırnak, Hakkari, Van və Bingöl prokurorluqlarının başladığı cinayət işinin araşdırılmasından sonra sanksiyalaşdırılıb.

Həbs olunanların hamısının PKK terror təşkilatı ilə sıx əlaqədə olduqları, PKK terrorçularına maddi və mənəvi dəstək verdikləri bildirilir.

Xəbəri HDP lideri Səlahəddin Dəmirtaş öz "Twitter" səhifəsində təsdiqləyib.

Oxunuş sayı 1276 dəfə
Şərh vermək üçün giriş edin
Top