Çərşənbə axşamı, 08 Noyabr 2016 21:00

Amerikada hakimiyyət dəyişdi: Tramp prezident seçildi

Amerika Birləşmiş Ştatlarında dünən keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. 

Seçkilərdə gözlənilməz nəticələr ortaya çıxıb. Rəy sorğularının formalaşdırdığı rəyin əksinə olaraq Respublikaçı namizəd Donald Tramp seçkilərdə qalib gəlib. O, seçicilərin 48 faizinin səsini qazanaraq, 47 faiz səs toplayan Hillari Klintonu üstələyib. Demokratların dayaq ştatları sayılan Florida və Vircinyada Trampın qalib gəlməsi seçimçilərin nisbətini respublikaçıların xeyrinə dəyişib. Tramp azı 274 seçimçini əhatə edən ərazilərdə qalib gəlib. 

Bu gün həmçinin ABŞ Konqresinə və Senata seçkilər keçirilib. Respublikaçılar partiyasından 48 namizəd, Demokrat partiyasından isə 45 namizəd Senator seçilib. Kongres seçkilərində də Respublikaçılar partiyası qalib gəlib: Konqresdə respublikaçılar 224, demokratlar isə 165 yer qazanıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi seçkilərin ilkin nəticələrinin açıqlandığı saatlarda Bakıdakı Hyar Regensy otelində seçki partisi təşkil edib. Tədbirdə Azərbaycanın siyasi partiyalarının, mətbuat orqanlarının və ictimai təşkilatlarının nümayəndələri iştirak edərək ilkin nəticələrin açıqlanmasını birlikdə izləyiblər. 

«Bu gün amerikalılar üçün həyəcanlı bir gündür. Məqsəd necə və daha yaxşı gələcək qurmaqdır». 

 Bunu ABŞ-da keçirilən prezident seçkilərini dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta bildirib.

O, bu seçkilərin ABŞ-Azərbaycan münasibətlərinə gözlənilən təsiri ilə bağlı sualı da cavablandırıb. Səfir qeyd edib ki, ABŞ-da kimin prezident seçiləcəyini, yeni administrasiyanı kimlərin təmsil edəcəyini hələ bilmirlər. Seçkinin nəticələri məlum olduqdan sonra belə, yeni administrasiyanın xarici siyasətlə bağlı öz düşüncələri olacaq.

Oxunuş sayı 1286 dəfə
Şərh vermək üçün giriş edin
Top