Cümə axşamı, 10 Noyabr 2016 21:00

Almaniya səfirliyinə hücum: 50 yaralı

Almaniyanın Əfqanıstandakı səfirliyinə  hücum edilib.

Bakipost.az xarici mətbuata istinadən xəbər verir ki, Məzarı-Şərif şəhərində yerləşən səfirlik dünən gecə saatlarında hədəf alınıb. Belə ki, bir qrup silahlı şəxs bomba yüklü avtomobillə səfirliyə hücum edib. Bölgəyə NATO-nun dəstəyi ilə bir qrup hərbiçi yerləşdirilib. Əfqanıstanın yerli mətbuatının verdiyi məlumata görə dünən gecə saatlarından davam edən qarşıdurmalar nəticəsində şəhərdə elektriklər kəsilib. 50-yə yaxın yaralı olduğu bildirilib.

Hücumun Taliban terror qrupu tərəfindən təşkil edildiyi ehtimal edilir.

Oxunuş sayı 1348 dəfə
Şərh vermək üçün giriş edin
Top