Cümə axşamı, 17 Noyabr 2016 21:00

Türkiyədə mədən çökdü: ölənlər var - işçilər dağıntılar altında qalıb

Türkiyədə daha bir mis mədənində qəza baş verib. 

Qaynarinfo.Az xəbər verir ki, Siirtin Şirvan qəsəbəsindəki mədən çüküb.

16 işçi, 8 maşın və 3 iş aparatı dağıntılar altında qalıb. 

Hadisə yerinə çox sayda ambulans göndərilib. 

İlkin məlumata görə, 4 nəfər həlak olub.

Oxunuş sayı 1187 dəfə
Şərh vermək üçün giriş edin
Top