Bazar, 20 Noyabr 2016 21:00

Dünya rekordu təzələndi - Bir mərasimə 26 milyon insan qatıldı - VİDEO

"Kaş ki, bu gün, bu dəmdə olaydım Kərbəlada..."-VİDEO

Dünən (20 noyabr 2016) İslam və HAQQ uğrunda döyüşüb, şəhadətə qovuşan imamlarımızın 40 mərasimidir.

Hazırda Kərbəla şəhərində 26 milyondan çox ziyarətçinin olduğu deyilir.

Bu qədər ziyarətçinin o qədər də böyük olmayan şəhərə necə yerləşməsi əslində Allahın möcüzəsidir. Bir mərasimə 26 milyon insanın qatılması isə dünya rekordudur.

Bəli, məhz Ərbəin (Ərbəin - 40 deməkdir, imam Hüseyn(ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günü ilə bağlıdır) mərasiminə bu il 26 milyondan çox zəvvar qatılıb.  

Bu təkcə çoxluğun, sayın böyüklüyü deyil, bu adi rəqəm deyil. Hətta dünyanın dinc ölkələrində terror törədən onlarla qruplaşmalar var ki, burada toplaşan terrorçular üçün hər gün qan axıdılan, terror partlayışlarına alışan İraqda bu addımı atmaq daha asandır. Amma 26 milyondan artıq insan ölümün gözünə dik baxıb, özünü odun-alovun, qan qoxusunun tüğyan etdiyi bu şəhərə atır. Bu İmam Hüseyn EŞQİDİR. Bu EŞQ o qədər güclüdür ki, qarşısında ölüm də acizdir. Bu EŞQin divanələri özünü HAQQ yolunda oda atan İmam Hüseyn İŞİĞINA toplaşır. Yəqin ki, özünü oda atıb yanan pərvanələri görmüsüz. İmam Hüseyn aşiqləri, Hüseyn divanələri də özlərini o ODA, MÜQƏDDƏS ODA atıb yanmaq, ŞƏHİD olmaq üçün yürürlər.

Oxunuş sayı 1949 dəfə
Şərh vermək üçün giriş edin
Top