Bazar ertəsi, 21 Noyabr 2016 21:00

Adnan Oktar: Azərilər bizimlə ermənilərin arasında şeytanlıq etdilər - VİDEO

Türkiyədə özəl verilişləri ilə daim əxlaqsızlığı və dini ayrı-seçkiliyi yayımlayan Adnan Oktar ermənilərlə türklərin qardaş olduğunu və onların arasını azərilərin vurmağa çalışdığını dilə gətirib.

 Adnan Oktarın verilişlərindən birinə dəvət etdiyi amerikalı erməni Riçard Giragosian qatı millətçiliyi ilə bütün dünyada tanınır. 

ABŞ-da doğulan bu erməni nədənsə Türkiyənin baş naziri Əhmət Davutoğlunun və milliyyətcə yəhudi olan Adnan Oktarın diqqətini çəkmiş və onlar təbliğata başlamışlar. Ə.Davutoğlu Riçardı Türkiyəyə dəvət edib və onunla təkbətək görüşüb. 

Bu erməni daha çox Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına can atır. Azərbaycanda da səfərdə olduğunu deyən R.Giragosian ikibaşlı açıqlamaları ilə daha qatı erməni olduğunu ortaya qoyur.

Qeyd edək ki, Azərbaycanda özünü ilahiyyatçı kimi təqim edən və fürsət düşən kimi dağıdıcı fikirlərini dövriyyəyə buraxan Elşad Miri Adnan Oktarın ölkəmizdəki təbliğatçısıdır və Adnan Oktarın adından yayımlanan kitabların Azərbaycanda Elşad Miri tirajlayıb. 

Oxunuş sayı 1653 dəfə
Şərh vermək üçün giriş edin
Top