Çərşənbə, 23 Noyabr 2016 21:00

İran şahını ABŞ belə "yolurmuş"

1963. İran şahı Məhəmmədrza arvadı Fərəhlə ABŞ-a səfərə gedir.

Şah özün şirin satmaq üçün ABŞ prezidentinin arvadı Jaklin Kennediyə bir zamanlar Şir ürəkli Riçardın xanımına məxsus antikvar komplekt (briliyant qaşlı üzük, sırğa, boyunbağı və s) bağışlayır.

Şahın qaynanasının şahidliyinə görə bu hədiyyənin alınması üçün Məhəmmədrza yüzminlərlə dollar xərcləyibmiş.

ABŞ prezidenti isə bu bahalı hədiyyənin qarşılığında şaha bir köhnə qalstuk verir. Deyir ki, bunu vaxtı ilə Corc Vaşinqton taxıb.
Prezidentin arvadı isə Məhəmmədrzanın övrətinə akvarellə çəkilən bir tablo bağışlayır, onu belə mazata mindirir ki, bu şəkili o kollecdə oxuyanda çəkib.

Qaynana yazır ki, qalstukun qiyməti heç bir dollar yox imiş. Buna görə onlar iqamətgahlarına qayıdanda Şahın arvadı Fərəh Diba elə Məhəmmədrzanın yanında qəzəblə kükrəyib deyir: "Bu ... qonağa cındır qalstuk bağışlayıb, hələ iddia da edirlər ki, bu Vaşinqtonun, yaxud Linkolnindir".

Oxunuş sayı 1384 dəfə
Şərh vermək üçün giriş edin
Top