Cümə axşamı, 01 Dekabr 2016 21:00

İrandan ABŞ-ın sanksiyalarına cavab

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın İrara tətbiq etdiyi sanksiyaların daha 10 il uzadılmasına münasibət bildirib

XİN rəsmisi qərarın nüvə razılığının ləğvi ilə nəticələnəcəyini deyib:

“Ölkə rəhbərliyinin daha öncə də dilə gətirdiyi kimi, Nümayəndələr Palatası və Senatın İrana sanksiyaların uzadılması istiqamətindəki qərarı nüvə razılaşmasına ziddir”.

Ölkəsinin razılaşmaya sadiq qaldığını, ancaq ləğv olunacağı təqdirdə lazımi hazırlığa başlayacaqlarını deyən Qasımi XİN-in Nüvə Razılaşmasına Nəzarət Şurasına hesabat veriləcəyini bildirib.

Xatırladaq ki, İrana tətbiq olunan sanksiyaların daha 10 il uzadılması barədə qərar iki həftə əvvəl Nümayəndələr Palatasında, dünən isə Senatda səs çoxluğu ilə qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün Prezident Barak Obamanın təsdiqi lazımdır.(axar.az)

Oxunuş sayı 1258 dəfə
Şərh vermək üçün giriş edin
Top