Bazar, 04 Dekabr 2016 21:00

Binəli Yıldırım Rusiyaya gedir - Putinlə görüşəcək

Türkiyə baş naziri Binəli Yıldırım dekabrın 6-da Rusiyaya rəsmi səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Binəli Yıldırımı qəbul edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkə arasındakı siyasi, ticari və iqtisadi əlaqələr müzakirə olunacaq.

Türkiyə baş naziri səfər çərçivəsində həmçinin, rusiyalı həmkarı Dmitri Medvedev və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək.

Oxunuş sayı 1279 dəfə
Şərh vermək üçün giriş edin
Top