Cümə axşamı, 08 Dekabr 2016 21:00

İŞİD Lynndie Englandı niyə öldürmür? -VİDEO

İraqda, Əfqanıstanda, Pakistanda müsəlman uşaqlarını nişangah seçib, mərcə girən amerikalı əsgərlər körpə, günahsız uşaqların gicgahından vurmaq üçün yarışırlar. Əfqanıstanda bir gündə 15 azyaşlını Amerika əsgərləri bax beləcə qanına qəltan etmişdilər. 

Dünyanın o başından bu başına hücum çəkib sanksiya tələb edən ABŞ təşkilatlarının deyəsən Lynndie Englandın xoşbəxt həyatı haqqında verdiyi müsahibələrdən xəbərləri yoxdur.  Bu qadın yəqin ki, sizlərə də tanışdır.  İraqda günahsız insanları itinə parçalatdıran Lynndie England adlı amerikalı qadın əsgər buna görə cəmi 3 il həbs cəzası aldı. Üstəlik etdiyi vəhşiliklərdən ibarət "Tortured" ("Əzaba düçar olmuşlar") adlı kitab buraxdı.

Şəkildə: Lynndie Englandın “Tortured" ("Əzaba düçar olmuşlar") kitabının üz qabığı

Kitabının təqdimatında isə jurnalistlərin ona yönəltdiyi: “İnsanlara qarşı etdiyiniz dəhşətli əməllərdən peşimansınızmı?” sualına belə cavab verdi: “Peşiman deyiləm. Mən gedib ərəbləri İraqda qırmasaydım, onlar gəlib məni Amerikada öldürərdilər”.

Yüzlərlə insanı ağlasığmaz işgəncələrə vadar edən amerikalı əsgər qadın cəmi üç il həbs cəzası aldı. Çünki o, iraqlıları, müsəlmanları təhqir etmişdi. Lynndie England məhkəmədə də ona yönələn “Peşimansınızmı?” sualına “Qətiyyən, əməllərimdən çox xoşbəxtəm” deyə cavab vermişdi. 

Azyaşlı uşağın başını kəsən, əsirləri işgəncə ilə qrup halında seksə məcbur edən, əsirlərin başına it xaltası bağlayıb sürüyən, müsəlman qadını itinə zorlatdıran England hazırda ABŞ-ın Virginia əyalətinin kiçik bir qəsəbəsi olan Keyserdə övladı ilə birgə yaşayır. Yenə də maraqlı sual doğur, nə əcəb Amerikada 11 sentyabrda guya qüllələri partladan, dünyaya meydan oxuyan müsəlman terror təşkilatları  günahsız müsəlman bacı-qardaşlarının, körpələrinin qisasını almaq üçün ona toxunmurlar? Çünki belə “qisas” ABŞ-a sərf etmir və ya ortaya digər maraqlı sual çıxır, nə əcəb "islam təəsübkeşi" olan İŞİD liderləri indiyə qədər müsəlmanları ən çirkin şəkildə aşağılayan bu qadının ölümünə fətva verməyiblər? Aha, yəqin ki, bu barədə ağalarından -ABŞ-dan əmr almayıblar.

Şəkildə: Lynndie England müsəlman məhbusun boğazına itinin xaltasını bağlayıb

Sualdan sual doğur, hamısı da cavabsız. Ey, məmləkətimin qrantyeyən “demokratiya” carçıları, sizə bir məsləhətim var. Amerikalı ifritə Englandı belə səbirsizliklə gözləməyin! Ən azından it xaltasından ayıbdır. O gələsi olsa xalta ilə birgə gələcək! Biz ABŞ-dan, İsraildən, İngiltərədən və digərlərindən saədət gözləməməliyik. Biz səadətmizi haqqımız uğurunda döyüşərək qazanmalıyıq.

Şəkildə: Lynndie England iraqlı əsrə işgəncə verir.

Yenidən təkrarlamaq istədiyim bir məqam var. ABŞ-ın qurub yaratdığı, bütün dünyada müsəlmanları, islamı gözdən salmağa və müsəlmanları bir-birinə qırdırmağa hesablanmış onlarla terror təşkilatının gözündən nədənsə ucqar bir kənddə yaşayan England yayındı. Ən azından elə İraqda yaradılmış İŞID üzvləri nə əcəb iraqlıları itə zorlatdıran Englandı öldürmək fikirinə düşmədiər? Axı niyə? Cavab isə çoxdan bəllidir. Birincisi England ABŞ-ın xarici siyasətini yerinə yetirirdi. İkincisi England müsəlman deyil.

İşğalçı siyasətin zərif qurbanı...

Amerikalı qadın əsgərlərin hər yüzündən qırx biri əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalır. Bu açıqlamanı Kaliforniya senatoru Jane Harman Amerika ordusunda xidmət edən qadın əsgərlər haqqında danışarkən deyib: Amerika ordusunda xidmət edən qadınlar İraqda mərmilərə hədəf olmaqdan daha çox əsgər yoldaşlarının cinsi təcavüzünə məruz qalmaqdan qorxurlar. Amerikanın Müdafiə Nazirliyi təkcə 2007-ci ildə Amerika ordsunda əsgər yoldaşları tərəfindən zorlanan qadınların sayının 3 mini keçdiyini bildirb. Nazirlik İraq və Əfqanıstanda hərbi xidddmətdə olan qadın əsgərlərin təcavüz qorxusu altında yaşadıqlarını və bu həyatın onlara əsl cəhənəm əzabı olduğunu bidlirib.

Əziz oxucum, əgər Amerika orusunda xidmət edən qadınların cəhənnəmə çevrilən həyatı ilə tanış olmaq istəsəniz Nyu-Yorkdakı Kolumbiya Univerrsitetinin qəzetçilik bölümünün professoru Helen Benediktin müharibə ərazilərində Amerika ordsnda xidmət edən və əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalan 40 əsgər qadının dəhşətli tarixçəsi olan kitabı dünyada ən çox satılan kitablardandır. Kitab “Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” adlanır. Kitabla tanış olarkən qadın əsgərlər hətta tualetə də tək getmədiklərini, özlərini qorumaqdan ötrü üsərzlərində daim soyuq silah gəzdirdiklərini bəlli olur.

“Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” kitabında yazılır ki, ABŞ Müdafiə Nazirliyi İraq və Əfqanıstanda xidmət edən hər on əsgərindən birinin qadın olduğuu açıqlayıb. Kitab İkinci Cahan Savaşından bu yana ən çox qadın əsgərin Amerika ordusunda İraqda vuruşduğunu və öldüyünü qeyd edir.

Şəkildə: "Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı" kitabının üz qabığı.

Bu kitabı oxumaq yetər ki Amerikanın işğalçı xarici siyasətinin milyonlarla insanın həyatını məhv etdiyinin şahidi olasan. Deməli, ABŞ öz vətəndaşının da həyatını cəhənnəmə çevirməyə hazırdır. Təki dünyadakı bütün torpaqların altından axan qara neft ABŞ-ın olsun.

Amerika "demokratiyasının" tarixi

Rus tədqiqatçı alimi Oleq Platonovun "Amerika niyə məhv olacaq?" kitabı dünyaya demokratiya dərsi keçən Amerikanın iç üzünü açır. İllərlə Amerikada tədqiqat aparan müəllif tutarlı dəlillərə söykənməklə çox uzaqlara gedir.

Əgər siz də Amerika "demokratiyasını" izləmək istəyirsinizsə, o zaman kitabla yaxından tanış olun: "Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.

1948-1953-cü illər ‒ Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.

1951-1953-cü illər ‒ 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.

1964-1973-cü illər ‒ Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.

1964-cü il ‒ Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.

1964-1973-cü illər ‒ 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.

1982-1983-cü il ‒ 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.

1986-cı il ‒ Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.

1989-cu il ‒ Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.

1991-ci il ‒ İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.

1992-1993-cü illər ‒ Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli".

1918-ci il qırğını- Bakı neftinə susamış ingilis siyasəti

Alman generalı rəsm sərgisində gəzişərkən gözünə bir tablo sataşır. Tabloda əsir düşmüş çılpaq qadınlara və uşaqlara silahlı alman əsgərlərinin işgəcə verməsi təsvir olunur.  Alman general dərhal rəssamı yanına çağırıb ondan soruşur:- Bu rəsmi sənmi çəkdin? Bu əsərin müəllifi sənmisən?

Tablonun müəllifi Pablo Pikasso sakit tövrünü heç pozmadan alman genarala belə cavab verir: - Xeyr, general, bu sizin əsərinizdir.

Bəli cənab Obama, bu gün dünya  "Ərəb Baharı"nın istisindən yanır. Bu istiyə günahsız yerə öldürülmüş və dəfn edilməmiş insanların çürüyən meytlərinin də üfunətli qoxusu qarışıb. Axı baharda qızılgüllər açır, gül qoxuyur. Ərəb baharı niyə belə insan meyiti qoxuyur? 

Suriyada hər gün yüzlərlə günahsız adam qətlə yetrilir. Ananın qucağında qanı axıb quruyan o, körənin meyiti gözlərim önündən getmir. Açıq qalmış gözlər hələ də isti ana ovcunun sığalını axtarır. 

İraqda övladlarının gözü qarşısında Amerika əsgərləri zorladıqları ərəb qadınına bundan daha ağır əzab verirlər. Onun övladlarını da işgəncə ilə öldürürlər. Sonra isə ananı öldürüb, bütün ailəni evə yığıb od vurub yandırırlar. İraq bizim məmləkətdən çox uzaqdır. Amma o, suçsuz insanların yanıq qoxusu burnuma dolur. 

Yeniyetməliyini düşmən gülləsinin altında yaşayan Ramil hər gün ata-anasının iş yerinə gələndə bütün xəstəxanada bədən üzvləri kəsilmiş, başının dərisi soyulmuş, gözləri çıxarılmış, tanınmaz hala salınmış meyitləri, düşmən işgəncəsindən param-parça olmuş yararlıların ah-vayının şahidi olur. Kimdir müqəssir? Bu sualla böyüdü, bu mənzərə ilə baxdı dünyaya Ramil. Ramilin gözlərindən "Müharibə" adlı tablo asıldı. 

Ingilis dilini öyrənmək üçün gəldiyi Macarıstanda gənc ömürü sona çatan Qurgenin də yolunu onun doğmaları gözləyirdi. Amma gənc bir adamın özü deyil, meyiti onun doğmalarına təhvil verilir. 

1916-1918-ci ildə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər: 1918-ci il Bakı qırğını” adlı kitab yazır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş mindən çox türkü, farsı, rusu qətlə yetirdiklərini deyir.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirili. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Əslində 1918-ci il Azərbaycanda baş verən erməni qırğının arxaında ABŞ-ın neft maraqları dayanmışdı ki, bu maraq üçün ABŞ bütün dünyada indiyə qədər milyonlarla insanı günahsız yerə qətlə yetirib. Dəhşətli tablodur.

Amma müsəlmanlıqda CİHAD da var axı. İslam uğurunda həyatını qurban verənlərə ŞƏHİD deyilir!

Arzu Abdulla

Oxunuş sayı 1429 dəfə
Şərh vermək üçün giriş edin
Top