Bazar, 11 Dekabr 2016 21:00

ABŞ xəfiyyəsindən çağırış - İran zəiflədilməlidir

İŞİD-in məğlubiyyətindən sonra ABŞ-ın əsas hədəfi İranın zəiflədilməsi olmalıdır.

Bunu CNN televiziyasına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş sədri Ceyms Vulsi söyləyib. Yaxın Şərqin ABŞ-ın ən böyük problemi olduğunu bildirən keçmiş kəşfiyyat şefi Tehranın məğlubiyyətinin vacibliyini önə çəkib:

“ABŞ-ın tarixi pis adamı başqa bir adamın vasitəsilə məğlub etmək təcrübəsi ilə doludur. ABŞ-ın bugünkü İran siyasəti İkinci Dünya müharibəsi dövründə nasistləri məğlub etmək üçün SSRİ ilə ortaqlığına bənzəyir. Bu, gözəl bir işdir. İran hazırda bizim Yaxın Şərqdəki ən böyük problemimizdir və onun gələcəkdə də problem olaraq qalacağını düşünürəm. Onlar imperatorluq qurmaq istəyirlər. Biz uzun müddətli perspektivdə İranı zəiflətmək istiqamətində çalışmalıyıq”.

Qeyd edək ki, Vulsi 1993-1995-ci illərdə ABŞ MKİ-yə rəhbərlik edib. Məhz o, 2006-cı ildə Suriyanın bombardman edilməsinə çağırış edən əsas şəxs olub. Vulsi həmçinin Rusiyanın əsas əleyhdarlarından biri kimi tanınır.

Oxunuş sayı 1225 dəfə
Şərh vermək üçün giriş edin
Top