Şənbə, 17 Dekabr 2016 21:00

Suriya ordusu Hələbdə bu ölkələrin hərbi mütəxəssislərini əsir götürüb - SİYAHI

Hələblə bağlı Qərb, Ərəb, İsrail və digər ölkələrin mediasının təlaşının səbəbi məlum olub

Beləki, Suriya ordusu və müttəfiqləri mediaya şok bir siyahı təqdim edib.

İslamazeri.az  "Century Vire" portalına istinadən verdiyi xəbərə görə, Hələbdə onlarla hərbi mütəxəssis Suriya ordusu və müttəfiqləri tərəfindən əsir götürülüb. Portal Suriya hərbi mənbələrinə istinadən xəbər verirki, Suriya ordusu və müttəfiqləri 14 xarici mütəxəssisi həbs edib. Həbs olunanların səkkizi Səudiyyə qalanı isə Türkiyə,İsrail, ABŞ, Qətər, İordaniya və Mərakeşin hərbi mütəxəssisləridir.

Həbs olunanların adları da artıq mediaya məlum olub. Suriyalı deputat, Hələb Ticarət Palatasının üzvü Fares Şəhabi bu haqda məlumat verib. O özünün sosial şəbəkə profilində terrorçular tərəfindən döyüşən və məsləhət verən Suriya ordusuna əsir düşən hərbçilərin adlarını  və təmsil etdikləri  ölkələri açıqlayıb.

Mütaz Kanoğlu - Turkiyə
Devid Skott Viner - ABŞ
Devid Şlomo Aram - İsrail
Məhəmməd Təmimi  - Qətər
Məhəmməd  Əhməd Əssəniyan  - Səudiyyə Ə.
Əbdəlmənham Fəhd Əl Haric  - Səudiyyə Ə.
İslam Salam Əzzahran Əl Həclan -  Səudiyyə Ə.
Əhməd Bin Nofəl Əl Daric  -  Səudiyyə Ə.
Məhəmməd  Həsən Əl Sabihi - Səudiyyə Ə.
Həməd Fəhəd Əl Dousri - Səudiyyə Ə.
Əmcəd Qaim Əl Tiraui - Səudiyyə Ə.
Qasim Səəd Əl Şimri Saad Al Shamry - Səudiyyə Ə.
Əyman Məhəmməd  Əc Cafihi Əl İdrisi  - Mərakeş.

Bu arada tanınmış jurnalist və ictimai xadim Səid Hilal Əl Şərifi isə əsirlər arasında NATO hərbi mütəxəssislərinin olduğunu bildirib. Sosial səhifəsində o qeyd edir: "Əldə etdiyimiz məlumata görə, Suriya ordusu Şərqi Hələbdə zirzəmidə NATO-ya aid qərargah aşkar ediblər. Xüsusi təyinatllar onları sağ ələ keçiriblər. Bəzilərinin adı artıq jurnalistlərə, o cümlədən mənə məlumdur. Onların milliyyəti; ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər və digərləridir. Suriya hökümətinə onları həbs etmək və təmsil etdikləri ölkələrə təqdim edərək bir başa danışıqlara cəlb etmək çox lazım idi".

Oxunuş sayı 1445 dəfə
Şərh vermək üçün giriş edin
Top