Bazar, 18 Dekabr 2016 21:00

Rusiyanın Türkiyədəki səfiri öldürüldü – VIDEO

Ankarada silahlı hücuma məruz qalmış Rusiya səfiri Andrey Karlov həyatını itirib, Türkiyə kanalları xəbər verir.

Hücum edən şəxsin zərərsizləşdirildiyi deyilir

Rusiya Xarici İşlər Nazirliyi səfirin öldüyünü təsdiqləyib.

Anadolu agentliyinin yaydığı xəbərə görə silahlı şəxs zərərsizləşdirilib.

Ankara meri Melik Gokcek deyib ki, hücum Türkiyə-Rusiya münasibətlərinin korlanması üçün həyata keçirilib.

Hadisə şahidi Reuters xəbər agentliyinə bildirib ki, hücumdan sonra silah səsləri eşidilsə də, indi sakitçilikdir.

Türkiyə Radio-Televiziya Şurası hadisə ilə bağlı xəbərlərə yayım qadağası ilə bağlı qərar verib.

Silahlı hücumdan dərhal sonra insanlar gizlənməyə can atıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyir ki, səfirə hücum edilən yerdə atışma davam edir. O, səfirin xəstəxanaya aparılmadığını deyir.

“Onlar onu hadisə yerində müalicə etməyə çalışırlar, çünki orada qan gölü davam edir”, o deyib.

Biz Türkiyə hakimiyyətilə birbaşa əlaqədəyik. Biz tələb edirik ki, Türkiyə zorakılığı durdurmaq üçün bütün tədbirləri görsün, vuruşmanı dayandırsın, təhlükəsizliyi təmin etsin və Rusiya səfirinə təcili tibbi yardımla təmin etsin”, səfirin ölümü barədə xəbərlərdən öncə xanım Zaxarova İnterfax agentliyinə deyib.

ABŞ Dövlət Departamenti səfirə hücumu pisləyib.

“Biz bu zorakılıq aktını, mənbəyi nə olursa olsun, pisləyirik. Düşüncələrimiz və dualarımız səfir və onun ailəsilədir”, departamentin sözçüsü John Kirby deyib.

Türkiyənin daxili işlər naziri və Ankara valisi hadisə yerinə gəliblər. Hadisə yerinə xüsusi təyinatlı təhlükəsizlik qüvvələri yeridilib.

Ankarada Müasir İncəsənət Mərkəzində təşkil edilmiş rəsm sərgisində iştirak edən zaman hücum olub.

Hücum zamanı digər şəxslərin də yaralandığı deyilir. Bundan bir gün əvvəl Türkiyədə Rusiyanın Suriyaya hərbi müdaxiləsinə qarşı etirazlar keçirilib.

Rusiya televiziyasının yaydığı xəbərə görə, səfirin iştirak etdiyi sərgi “Türklər Rusiyanı necə görür” adlanıb.

1954-cü ildə doğulmuş cənab Karlov, 2013-cü ildən Ankarada səfirdib

Videolarda Ankaradkı Rusiya səfirini vuran kostyumlu şəxs “Suriyanı unutmayaq, Hələbi unutmayaq, Allahu əkbər!” qışqırır.

Türkiyə və Suriya arasında münasibətlər Suriya münaqişəsində iştirakları ilə bağlı gərginləşib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvaya Rusiya və İranla Suriya barəsində danışıqlar aparmaq üçün yollanmalı idi.

1954-cü ildə doğulmuş cənab Karlov, 2013-cü ildən Ankarada səfirdib.

Hücum baş verən ərazi polis tərəfindən əhatələnib.

Oxunuş sayı 1355 dəfə
Şərh vermək üçün giriş edin
Top