Şənbə, 07 Yanvar 2017 21:00

İranın sabiq prezidenti dünyasını dəyişdi

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

Ə.Ə.Haşimi Rəfsəncani yanvarın 8-də ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib. Onun elə ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

Oxunuş sayı 1380 dəfə
Şərh vermək üçün giriş edin
Top