Cümə axşamı, 31 Mart 2016 05:51

Moskvada ard-arda partlayışlar, 20 qaraj yanır

Rusiyanın paytaxtı Moskvanın  şimalında  garajların yerləşdiyi  bir binada 3 partlayış baş verib.
 Avropa.info xəbər verir ki, Rusiya Fövqəladə Hallar  Nazirliyindən yayılan açıqlamada  Moskvanın şimalındakı Zorge prospektində garajların olduğu bir binada 3partlayışın baş verdiyi bildirilib.
 Açıqlamada  hazırda 20 qaraj yandığı və yanğının 150 kvadrat metrlik sahəyə yayıldığı qeyd edilib.
 Hadisə yerində xilasetmə  qruplarının işlərə davam etdiyi, partlayışın səbəblərinin araşdırıldığı bildirilir. 
Oxunuş sayı 1282 dəfə
Şərh vermək üçün giriş edin
Top