Cümə axşamı, 30 Mart 2017 22:00

Bəşər Əsədin hakimiyyətdən getməsi ABŞ üçün artıq prioritet deyil

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi ABŞ üçün artıq prioritet sayılmır.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib. “Əsədin uzaqlaşdırılması artıq ABŞ üçün prioritet sayılmır”, - deyə Xeyli jurnalistlərə bildirib. “Bizim prioritetimiz – Suriya xalqının güzəranını yaxşılaşdırmaq üçün nə edəcəyimizi, kiminlə çalışacağımızı real anlamaqdır”, - deyə Vuqar qeyd edib. 

“Əvvəlki administrasiyada olduğu kimi, fikrimizi Əsəd üzərində cəmləşdirə bilmərik”, - deyə o qeyd edib.

Oxunuş sayı 1230 dəfə
Şərh vermək üçün giriş edin
Top