Bazar, 02 Aprel 2017 22:00

Sankt-Peterburq metrosundakı partlayış: azı 10 nəfər öldü

Sankt-Peterburq metrosunun "Sennaya ploşad" stansiyasındakı partlayışda 10 nəfər ölüb,20 nəfərsə xəsarət alıb.

Xəsarət alanlar arasında uşaqlar da var. Sankt-Peterburq vilayəti qubernatorunun sözçüsü Andrei Kibitovsa partlayışda 50 nəfərin xəsarət aldığını deyir.

İnterfaksın məlumatına görə vaqonlardan birinə 200-300 qram trotil gücündə partlayıcı qurğu qoyulubmuş.

Partlayışdan az sonra çəkilən görüntülər:

Rusiya prezidenti Vladimir Putin xüsusi xidmətin partlayışla bağlı ona hesbat verdiyini deyir. TASS-ın məlumatına görə, Putin Belarus prezidenti Alexandr Lukashenka ilə görüşdə ,xüsisi xidmətin rəhbərləri və Federal Təhlükəsizlik xidmətinin direktoru ilə əlaqə saxladığını deyib.

Feysbuk partlayışdan sonra Sankt-Peterburq sakinləri üçün "mən salamatam" funksiyasını aktivləşdirib. Hər bir Peterburq sakini bununla öz yaxınlarına xəbər verə, həm də dostlarından xəbər tuta bilirlər. Feysbuk bunu ilk dəfə 2015-ci ilin noyabrında Parisdəki terror aktlarından sonra tətbiq edib.

***

Sankt Peterburqun vilayətinin qubernatorluğu partlayış nəticəsində 10 nəfərin ölməsini təsdiqləyib.

Sankt Perterburq metrosu böyüklüyünə görə Avropada 4-cüdür. Ondan qabaqda yalnız Moskva, Paris və London metrolarıdır.

Sankt Peterburq metrosu ilə gündə 2 milyon adam daşınır.

Sankt-Peterbur metrosunda partlayış, 3 Aprel , 2017

Sankt Peterburq metrosundan bütün sərnişinlər təxliyyə olunub. Metronun bütün stnasiyaları bağlanıb.

Rusiya prezidenti Vladimir Putin metrodakı partlayışın 3 səbəbi ola biləcəyini deyib. 

Onun fikrincə, partlayışın terrorizmdən başqa, məişət və ya kriminal səbəbləri də ola bilər.

Oxunuş sayı 1198 dəfə
Şərh vermək üçün giriş edin
Top