ABŞ-ın Suriyaya hava hücumuna etiraz edən aksiyaçılar Ağ Evin qarşısına toplaşaraq Trampın siyasətinə öz etirazlarını bildirib. Suriyaya hücumların bölgədə problemləri həll etməyəcəyini deyən aktivistlər, "Suriyadan əlini çək!" şüarı səsləndirib.