Cümə axşamı, 31 Mart 2016 14:07

Növbədənkənar prezident seçkilərinə hazıram - Prezident

Suriya prezidenti Bəşər Əsəd növbədənkənar prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib.
 "RİA Novosti”nin verdiyi məlumata görə, o bu addımı Suriya xalqının istəyəcəyi təqdirdə atacağını bildirib.
 "Bu, Suriya xalqının mövqeyindən asılıdır. Əgər belə bir iradə varsa, mənim üçün problem deyil. Bəzi müxalif qüvvələrin deyil, xalqın iradəsi ilə hesablaşmaq təbiidir”, - deyə o vurğulayıb.
 Bununla yanaşı B. Əsəd qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi hazırkı siyasi prosesin tərkib hissəsi kimi irəli sürülməyib.
Oxunuş sayı 1484 dəfə
Şərh vermək üçün giriş edin
Top