Cümə, 01 Aprel 2016 10:28

Keçmiş həyat yoldaşı Bağdadi haqda: “Mənim üçün hələ də sirdir ki...”

İŞİD lideri Əbu Bəkr Bağdadinin keçmiş həyat yoldaşı 28 yaşlı Saca Həmid əl-Dulaimi "The Independent” qəzetinə açıqlama verib. 
Keçmiş həyat yoldaşı Bağdadinin hələ də necə radikal dini təşkilat lideri olduğuna inanmadığını deyib. 
 "Mən normal və ailəsinə sadiq bir insanla, universitet professoru ilə evləndim. Hər səhər işə gedib evinə, ailəsinin yanına qayıdırdı. Heç bir müqavimət hərəkatına qoşulmadı. O, dünyanın ən təhlükəli radikal təşkilatının lideri necə oldu, mənim üçün hələ də sirdir. İndi boşanmışıq. Onu mən atdım. Başına hər şey gələn, həbslərdə çürüyən də mən oldum. Bağdadi ilə yaşamaq istəsəydim, şahzadələr kimi yaşayardım. Pul istəmirəm, azad yaşamaq istəyirəm”, - qadın deyib. 
 Qeyd edək ki, 2008-ci ildə evlənən və evlilikləri cəmi 3 ay sürən Saca Həmid əl-Dulaimi Bağdadinin ən məşhur arvadı kimi tanınır.(bakuinfo.az)
Oxunuş sayı 2326 dəfə
Şərh vermək üçün giriş edin
Top