Çərşənbə, 14 Fevral 2018 21:00

ABŞ-da məktəbdə terror, 20 ölü-VİDEO

ABŞ-ın Florida ştatının güneyindəki Parklandda (Brovard şəhəri) yerləşən "Marjory Stoneman Douglas" məktəbində baş verən terrorda 20 nəfər insan həyatını itirib, 50-dən çox insan isə yaralanıb.

14 fevralda baş verən silahlı basqını bu məktəbin keçmiş şagirdi, 19 yaşlı Nikolas Kruz törədib. 1999-cu il təvəllüdlü Nikolas Kruz daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilibmiş.

Polisin hadisə yerində yaxaladığı Nikolas səhər saatlarında məktəbə hücum edib.

Məktəbin riyaziyyat müəllimi Cim Kard bildirib ki, Nikolas məktəbdəki qızlardan birinə aşiq olub və onu davamlı şəkildə təqib edib. 

Brovard şəhər polisinin verdiyi xəbərə görə, Nikolas 12 nəfəri məktəbin içində öldrürüb. Məktəbdən çıxanda iki nəfəri bağçada, birini isə yolda öldürüb. Yaralılardan beşi xəstəxanada keçinib.

Şagirdlərə çox soyuqanlı şəkildə atəş açan Kruzun üzərindən AR-15 tipli bir tüfəng tapılıb.

Hadisə baş verən zaman şagirdlər yanğından mühafizə qaydaları ilə bağlı məşğələdəymiş. Atəş səslərini eşidən müəllim və şagirdlər bunun da məşğəlyə aid olduğun zənn ediblər. Polis isə iddia edir ki, Kruz məşğələ gününü əvvəlcədən bilib və qəsdən hücumu həmin günə salıbki, çöldə təlimdə olan şagirdləri rahatlıqla və kütləvi şəkildə öldürə bilsin.

Terrorçu Nikolas Kruz yaxalanarkən

Məktəbə silahlı basqın olduğundan xəbər tutan şagirdlərin əksəriyyəti silahlının Kruz olduğunu ehtimal ediblər. Çünki onun silahlara xüsusi bir hobbisi olub. Eyni zamanda ötən il müəllim və şagirdlər onun əməllərindən narahat olduqda Kruzun potensial təhdid obyekti olduğunu dilə gətiriblər.

Oxunuş sayı 909 dəfə
Şərh vermək üçün giriş edin
Top