Bazar ertəsi, 26 Mart 2018 22:00

Rusiyada dəhşətli yanğında ölən uşaqların sayı açıqlandı

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı 41 uşaq ölüb.

Xeber.İnfo-nun “İnterfaks”a istinadən xəbərinə görə, ümumilikdə yanğın zamanı 64 nəfər dünyasını dəyişib.

Ölənlərin siyahısı onların qohumları tərəfindən yaradılan qərargahda asılıb. Morqa baxış keçirən fəallar bildirib ki, ölənlərdən 41-i uşaqdır.

Qeyd edək ki, Kemerovo şəhərindəki dördmərtəbəli “Qış albalısı” ticarət mərkəzində yanğın martın 25-də baş verib. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Rusiya prezidenti hadisə ilə əlaqədar Kemerovo şəhərinə səfər edib.

Oxunuş sayı 945 dəfə
Şərh vermək üçün giriş edin
Top