Cümə axşamı, 28 İyun 2018 22:00

ABŞ raketi alman gəmisini yandırdı

“F124 Sachsen” alman freqatında ABŞ istehsalı olan “SM-2” zenit raketi buraxıcı qurğunu tərk edə bilməyərək, işə salma seksiyasında ilişib qalıb və gəmidə yanğına səbəb olub.

Hadisənin görüntüsü “Defense Daily” “YouTube” kanalında yayılıb.

İnsident nəticəsində iki dənizçi yaralanıb. Xoşbəxtlikdən “SM-2” zenit raketinin döyüş başlığı partlamayıb. Əks təqdirdə daha ağır fəsadlara yol aça bilərdi.

Dənizçilər yanğını operativ şəkildə söndürə bilib.

İnsident Almaniyanın hava hücumlarından müdafiə sistemlərinin Norveç sahillərində aparılan sınaqları zamanı qeydə alınıb.

Oxunuş sayı 1056 dəfə
Şərh vermək üçün giriş edin
Top