Çərşənbə, 03 Oktyabr 2018 12:08

6 nazir istefaya göndərildi - Ermənistanda

Ermənistan prezidenti Armen Sarkisyan 6 nazirin istefaya göndərilməsi barədə fərman imzalayıb.

Müvafiq fərmana əsasən, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclərlə iş üzrə nazir Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii ehtiyatlar naziri Artur Qriqoryan, iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan vəzifələrindən azad olunublar.

Qeyd edək ki, işdən çıxarılan nazirlər "Daşnaksütun" və "Çiçəklənən Ermənistan" partiyalarının təmsilçiləridir.

Xatırladaq ki, dünən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Armer Sarkisyana müraciət edərək onun mövqeyini dəstəkləməyə çağırmışdı.

Oxunuş sayı 846 dəfə
Şərh vermək üçün giriş edin
Top