Şənbə, 13 Oktyabr 2018 21:06

Casus rahib ABŞ-a təhvil verildi - Türkiyədə xalq Ərdoğanı qorxaq adlandırdı - VİDEO

Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Bransonun məhkəmə prosesi başa çatıb. Məhkəmə Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib.

İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib barəsindəki ev həbsi və ölkə xaricinə çıxma qadağası aradan qaldırılıb və azadlığa buraxılıb.

Amerikalı respublikaçı senator Lindsey Qraham isə çıxışında deyib ki, ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə verilməsi müzakirə ediləcək: "Sözügedən şəxsin Türkiyə hökumətinə qarşı fəaliyyətinin olduğu ilə bağlı iddiaları araşdırcağıq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Endryu Bransonun ancaq Fətullah Gülənin Türkiyəyə təhvil verdikdən sonra azad ediləcəyini dəfələrə söyləmişdi. 

Oxunuş sayı 821 dəfə
Şərh vermək üçün giriş edin
Top