Bazar, 06 Yanvar 2019 23:22

ABŞ-ın Müdafiə Nazirliyində qalmaqal: istefa dalğası başlayıb

Trampın Suriya qərarına etiraz edən admiral istefa verdi

Donald Tramp ABŞ-ın Suriyadakı hərbi kontingentinin çıxarılacağını bəyan etdiyi günün ertəsi ABŞ-ın müdafiə naziri Cim Mettis tutduğu vəzifədən istefa verdi və prezidentə şok yaşatdı. Dəniz piyadaları korpusunun generalı, "Çılğın köpək" ("Mad Dog") ləqəbli, 68 yaşlı generalın gedişi ilə iş bitmədi.

Müdafiə Nazirliyinin yüksək vəzifəli daha bir admiralı istefa verib. 2017-ci ilin yanvarından vəzifə başında olan Kevin Sviney Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi idi. O, Cim Mettisin istefasından düz bir ay sonra istefa qərarını açıqlayıb. Admiral istefa ərizəsində prezident Trampın adını çəkməyib.

BBC yazır ki, ABŞ-ın Müdafiə Nazirliyində və xarici siyasətində qeyri-müəyyənlik yaranıb. Problemin kökündə dayanan səbəb isə ABŞ prezidentinin Suriya ilə bağlı gözlənilməz açıqlamasıyla əlaqəlidir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Yaxın Şərqə səfər edəcək. Səfər regiondakı Amerikaya bağlı dövlətlərin rəhbərlərini sakitləşdirmək məqsədi güdür.

Xatırladaq ki, prezident Trampın Suriya açıqlamasından sonra Müdafiə Nazirliyinin mətbuat katibi, xanım Dana Vayt da istefa vermişdi.

Yazının orijinal versiyası bu linkdə: https://www.bbc.com/news/world-us-canada-46773138

Oxunuş sayı 866 dəfə
Şərh vermək üçün giriş edin
Top