Çərşənbə axşamı, 15 Yanvar 2019 20:23

ABŞ-Rusiya danışıqlarının növbəti dövrəsi uğursuz nəticələnib

Birləşmiş Ştatlar Moskva ilə danışıqların növbəti dövrəsi nəticəsiz başa çatandan sonra, yanvarın 15-də bəyan edib ki, Rusiya Ortamənzilli Raketlər Müqaviləsinin (Intermediate-Range Nuclear Forces - INF) şərtlərini pozmaqda davam edir.

Donald Trump-ın Rusiyanı bu müqaviləni pozmaqda ittiham etməsi və ABŞ-ın müqavilədən çıxacağını birdirməsi ilə bağlı bu mühüm beynəlxalq sənədin gələcəyindən güclü narahatlıqlar yarandıqdan sonbra ABŞ və Rusiya diplomatları Cenevrədə görüşərək danışıqlar aparıblar.

ABŞ silahlara nəzarət və beynəlxalq təhlükəsizlik nazirinin müavini Andrea Thompson-un bəyanatında deyilir: "Bu görüş çox məyusdedici oldu, çünki Rusiyanın müqaviləni pozmasının davam etdiyi aşkardır və Rusiya bu müqavilənin icrasına necə qayıtmağı planladırdığına dair suala cavab verməyə hazır deyil”.

ABŞ silahlara nəzarət və beynəlxalq təhlükəsizlik nazirinin müavini Andrea Thompson
ABŞ silahlara nəzarət və beynəlxalq təhlükəsizlik nazirinin müavini Andrea Thompson

Xanım Thompson deyib: "Bizim mesajımız aydındır: Rusiya özünün bu müqaviləyə zidd olan raket sistemini ləğv etməlidir”.

Bu danışıqlar Rusiyanın Cenevrədəki missiyasında keçirilirdi və Moskvanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergei Ryabkov başçılıq edirdi.

RIA Novosti agentliyinin xəbərinə görə, Ryabkov isə əksinə deyib ki, “bütün məsuliyyət Amerika tərəfinin üzərinə düşür”.

Yanvarın 14-də Ryabkov Interfax agentliyinə demişdi: “Son günlərdə hiss etdik ki, Amerika tərəfi öz tonunu hətta bir az da sərtləşdirib. Biz bunu çox da yaxşı siqnal hesab etmirik”.

Ötən ay ABŞ dövlət katibi Mike Pompeo demişdi ki, Rusiya ABŞ-ın iradına səbəb olan raketlərini demontaj etməsə, Vaşinqton Soyuq müharibə illərində imzalanmış bu müqaviləni 60 gün ərzində tərk edəcək.

Rusiya prezidenti Vladimir Putin bu bəyanata daha sərt cavab verərək demişdi ki, Moskva müqavilənin qadağan etdiyi raketlərdən daha çox istehsalı etməklə reaksiya verəcək.

İngiliscə qısaldılmış adı INF olan bu müqaviləni 1987-ci ildə ovaxtkı ABŞ prezidenti Ronald Reagan və sovet lideri Mikhail Gorbachev imzalamışdılar.

Bunun ardınca əksəriyyəti Avropada olmaqla 2700-ə yaxın və ortamənzilli rəketlər demontaj olunmuşdu.

Oxunuş sayı 844 dəfə
Şərh vermək üçün giriş edin
Top