Çərşənbə, 06 Fevral 2019 19:40

Fransada "Erməni soyqırımının anım günü" elan ediləcək

Fransa prezidenti Emmanuel Makron aprelin 24-nü erməni soyqırımını anma günü kimi rəsmiləşdirmək niyyətindədir.
 Novator.az-ın məlumatına görə, prezident bunu fevralın 5-də bəyan edib.
 Erməni Təşkilatları Şurasının təşkil etdiyi illik şam yeməyinə qatılan prezident deyib ki, Fransa ermənilərinin tarixi Fransanın tarixidir: "Erməni soyqırımı bizim yaddaşımızın bir parçası olduğu üçün ölkədə gərəkli şəkildə anılmalıdır”.
 Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. 
 Bu iddiaları indiyədək onlarca ölkə (Fransa, İtaliya, İsveç, İsveçrə, Avstriya, Niderland, Belçika, Yunanıstan, Kipr, Danimarka, Polşa, Çexiya, Slovakiya, Vatikan, Litva, Rusiya, Kanada, Uruqvay, Braziliya, Argentina, Çili, Venesuela, və s.), ABŞ-ın 42 ştatı, Avropa Parlamenti rəsmən tanıyıb.
 Emmanuel Makron 1977-ci ildə anadan olub. Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli Administrasiya Məktəbini bitirib. 
 Sosialist Partiyasının üzvü olub. Bank sektorunda çalışıb, Fransa prezidenti yanında baş katibin müavini olub. 
 2014-2016-cı illərdə iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postunu tutub. 
 2016-cı ildə "İrəli” hərəkatını yaradıb. 
 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.
Oxunuş sayı 877 dəfə
Şərh vermək üçün giriş edin
Top