Bazar ertəsi, 18 Fevral 2019 20:59

Bu məmləkətdə günəş hər gün hər bir ailənin evində doğur! - FOTO

Ölkələri dolaşıb səyahət etmək, xalqların tarixi, mədəniyyətilə yaxından tanış olmaq uşaqlıqdan sevdiyim hobbimdir. Deyim ki, gəzib, gördüklərim sadəcə mənəvi zövq çərçivəsində qalmır. Mənim hər ölkə haqqında xüsusi gündəliyim var. Gördüklərimi, hiss etdiklərimi yaddaşımda saxlamaqla yanaşı, eyni zamanda ölkələrin oxşar cəhətlərini öncə öz ölkəmlə müqayisə edirəm, oxşar və fərqli cəhətləri öyrənməyə çalışıram. Bu, çox maraqlıdır, çox!

Bir neçə gün öncə çoxdan arzusunda olduğum Yaponiyada səfərdə idim. 30-dan artıq səyahət etdiyim ölkələrin heç birisinə bənzəmir Yaponiya, günəşin doğduğu ölkə...

Hər bir xalqın milli–mənəvi dəyərləri onun kimliyinin göstəricisidir. Bu dəyərlər içərisində milli geyimlər, musiqi və tarixi abidələr siyahıda ön sıraları bölüşürlər. Havanın kifayət qədər soyuqluğuna baxmayaraq, turistlərin çox olduğu məkanda əhalinin sevə-sevə milli geyimdə şəhəri dolaşması, istirahət mərkəzlərində, xüsusən milli mətbəxtləri yerləşən yerlərdə milli musiqinin səsləndirilməsi, məktəblilərin tarixi yerlərə və muzeylərə axını, həm də sevgilə, bu xalqın milli–mənəvi dəyərlərinə verdiyi yüksək qiymətin göstəricisi kimi qiymətləndirilir. Şərq mədəniyyəti, sağlamruhlu, yüksək səviyyəli əhali, zəngin təbiət gözəlliyi, bütün bunlar yorğun ruhuma   məlhəm kimi səpildi.    

Dəfələrlə müxtəlif situasiyalarla üzləşdim və nəticə bu xalqın dürüstlük alın yazısı olduğuna əmin oldum. Təbəssüm, gözəl əhval-ruhiyyənın təsiri ruh yüksəkliyi doğurur. Küçədə, ictimai yerlərdə itirdiyin ən qiymətli nə varsa, mütləq sahibini tapacaq. Əks halda yaponlar bir təbəssümlə özlərini sakitləşdirib “tapılmadısa, narahat olmağa dəyməz, hansısa turist tapıb” deyib, əhvallarını pozmazlar.

Yaponiya dünyada yaşam tərzinə görə ən bahalı ölkələr cərgəsindədir. Müəllim ən azı on iki min dollar, həkim otuz min dollar, mühəndis, memar və bir çox peşə sahibləri ən azı on min dollar məvacib alır. Çox mehribandılar. Ata, anaya xüsusi günlər ayırarlar ki, qulluq etsinlər. Uzunömürlülər siyahısında da, yapon xalqı öndə gedir. Orta yaş həddi 70, 75-dir.

Çeşid-çeşid kitab mağazaları da xoş təsir bağışlayan mənzərələrdəndir. Əgər ünvanı səhv salmısansa, qətiyyən narahat olmağa dəyməz. Kimə müraciət etsən, səni düz ünvana ötürməyənə qədər rahat olmayacaq.

Sürücüsüz qatar eşitmişdim ancaq görməmişdim . Sürücü yazılan oturacaqda əyləşib bir neçə dəqiqə bütün dünyanı unutmuşdum.

Bir sözlə bu ölkədə hər şey insanların mənən düzgün formalaşmasına, inkşafına hesablanıb. Bu məmləkətdə günəş hər gün hər bir ailənin evində doğur!

Jalə Cəfərova

Milli Mədəniyyətin Təbliği İB-nin sədri, ictimai xadimyaponiya5yaponiya6yaponiya7

Jale Yaponiyayaponiya4Yaponiya1Yaponiya2yaponiya3

Oxunuş sayı 952 dəfə
Şərh vermək üçün giriş edin
Top