Cümə, 01 Mart 2019 20:14

ABŞ Venesuelaya hərbi müdaxilə etməyə hazırlaşmır

ABŞ Venesuelaya hərbi müdaxilə etməyə hazırlaşmır.

Bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams Rusiyanın xarici işlər naziri Segey Lavrovun sözlərini şərh edərkən deyib.

“Düşünmürəm ki, Lavrov buna həqiqətən inanır. Çünki bildiyiniz kimi biz hərbi müdaxiləyə hazırlaşmırıq”, - deyə amerikalı diplomat bildirib.

Onun sözlərinə görə, ABŞ Venesuelaya qarşı iqtisadi, maliyyə təzyiqi siyasətini həyata keçirir.

Oxunuş sayı 908 dəfə
Şərh vermək üçün giriş edin
Top