Çərşənbə axşamı, 12 Mart 2019 09:13

Əlcəzairdə xalq prezidentə qalib gəldi - VİDEO

Əlcəzairin dövlət başçısı 82 yaşlı Əbdüləziz Buteflika prezident seçkilərinin təxirə salındığını və 5-ci dövr namizədliyini geri götürdüyünü açıqlayıb.

Əlcəzair xalqı ayağa qalxıb və təaqüdçü prezidentin istefaya getməsini tələb edib. Xalqın ardıcıl etirazı öz bəhrəsini verib. 

Əlcəzairdə prezident seçkilərinin 18 apreldə keçirilməsi nəzərdə tutulurdu. Ölkənin Prezident Aparatı açıqlayıb ki, qısa müddət ərzində hökumət reviziyaya gedəcək.

Oxunuş sayı 912 dəfə
Şərh vermək üçün giriş edin
Top