Çərşənbə axşamı, 26 Mart 2019 16:48

Türkiyədə hava limanında atışma

Türkiyənin Kayseri şəhərinin hava limanında silahlı insident baş verib.

Polis məmuru Eyyub. B həmkarı Əli.A.-ya tapançadan 3 dəfə atəş açıb. Daha sonra o, eyni silahla özünü öldürməyə cəhd edib.

Hər iki polis ağır yaralı halda xəstəxanaya çatdırılıb.

Hadisə bu gün  yerli vaxtla saat 16:20-də, hava limanının daxili uçuşlar bölməsində baş verib.

İlkin məlumata görə, polislər arasında şəxsi zəmində münaqişə yaşanıb və onlardan biri digərini vurduqdan sonra, özünü də öldürmək istəyib.

Hadisə ilə bağlı hava limanında təhlükəsizlik tədbirləri  gücləndirilib.

Araşdırma aparılır.

Oxunuş sayı 928 dəfə
Şərh vermək üçün giriş edin
Top