Bazar ertəsi, 17 İyun 2019 20:34

Prezident məhkəmə zalında öldü - Misirdə

Misirin sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə, məhkəmə salonunda vəfat edib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə orda keçinib. Mursinin ürəktutmasından öldüyü ehtimal olunur.

2014-cü ildə eks-prezidentin vəkili onun epilepsiyadan əziyyət çəkdiyini və bir zamanlar keçirdiyi beyin əməliyyatına görə, tez-tez halının pisləşdiyini bildirmişdi.

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. O 2012-ci ildə Misir prezidenti seçilib. 2013-cü ildə Misirdə hərbi çevriliş zamanı devrilərək həbs edilib.

7 ildir zindanda saxlanılan sabiq prezidentin ölümünü “şəhadət” adlandıran Rəcəb Tayyib Ərdoğan Misir xalqına ilk başsağlığı verən dövlət başçısı olub.

Oxunuş sayı 1006 dəfə
Şərh vermək üçün giriş edin
Top