×

Xəbərdarlıq

JUser: :_load: ID-si 5168 olan istifadəçini yükləmək alınmadı
Çərşənbə axşamı, 18 İyun 2019 17:36

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyada səfərdədir - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya səfər edib. 

Bu, yeni prezidentin Almaniyaya ilk səfəridir. Səfərin proqramına əsasən, V.Zelenski ilk görüşünü paytaxt Berlində Bundestaqın prezidenti Volfqanq Şoyble ilə keçirəcək. Məlumata görə, bir günlük səfər çərçivəsində Vladimir Zelenski Almaniya kansleri Anqela Merkel ilə işgüzar nahar edəcək. Daha sonra tərəflər mətbuat konfransı keçirəcək.

Ukrayna prezidenti həmçinin “Bellevue” sarayında Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşəcək. Bildirilir ki, bir günlük səfər zamanı prezidentin bir sıra alman siyasətçiləri ilə görüşləri planlaşdırılır.

Oxunuş sayı 1020 dəfə
Şərh vermək üçün giriş edin
Top