Bazar, 28 İyul 2019 01:02

Moskvada icazəsiz etiraz aksiyasında saxlanılanların sayı 1000-i keçib

Rusiyada polis əməkdaşları qvardiyaçılarla birgə Moskvanın mərkəzində keçirilmiş icazəsiz aksiyada iştirak edən 1000 nəfərdən çox etirazçını saxlayıb.

Bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.

“Paytaxtın mərkəzində icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb”, - məlumatda belə deyilir.

 Onlar barəsində lazımi akt tərtib olunacağı bildirilir. Polisin hesablamasına görə, aksiyada ümumilikdə 3500-dən çox adam toplaşıb.
Oxunuş sayı 1091 dəfə
Şərh vermək üçün giriş edin
Top