Bazar, 06 İyun 2021 03:03

NATO-dan Türkiyə ilə bağlı KRİTİK AÇIQLAMA

"Əhəmiyyətli tərəfdaş olan Türkiyə ilə, İŞİD terror təşkilatına qarşı mübarizədən sonra da alyansın cənub sərhədində sabitliyin təmin edilməsi üçün birlikdə işləməyə davam edəcəyik".

Xeberinfo.de xəbər verir ki,Bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO, Almaniya Xarici Əlaqələr Şurası və "Bookings" institutunun əməkdaşlığı ilə təşkil edilən panel iclasına video konfrans metodu ilə iştirakı zamanı deyib.

NATO-nun 2030 hədəflərini izah edən Stoltenberq Türkiyənin alyans üçün əhəmiyyətinə toxunaraq deyib:

"Türkiyənin vacib NATO müttəfiqi olduğunu xatırlamağımız əhəmiyyət daşıyır. Xəritəyə baxdığımızda ərazisinin əhəmiyyətini, ölçüsünü və eyni zamanda İraq və Suriya ilə həmsərhəd olan tək NATO ortağı olduğunu görə bilərik. Türkiyənin infrastrukturu və hava limanları DEAŞ ilə mübarizədə son dərəcə əhəmiyyətli idi. Türkiyə DEAŞ-a qarşı qlobal koalisiyada mühüm rol oynayır. Cənub bölgəmizi sabitləşdirmək üçün NATO üzvü Türkiyə ilə yaxın əməkdaşlığımızı davam etdirəcəyik".

Stoltenberq Türkiyənin həmin zamanda miqrant və sığınacaq axtaranlarla əlaqəli böhran üçün də kritik mövqeydə olduğunu xatırladıb.

"NATO daxilindəki fikir ayrılıqları və problemləri aradan qaldırmaq üçün alyansın əhəmiyyətli bir platformadı.

Stoltenberq Şərqi Aralıq dənizindəki münaqişələrin qarşısını almaq üçün Türkiyə ilə Yunanıstan arasında qurulan mexanizmin bunun ən vacib nümunəsi olduğunu bildirib.

Oxunuş sayı 851 dəfə
Şərh vermək üçün giriş edin
Top