Bazar, 06 İyun 2021 03:26

Avropa Belarusa qadağa qoydu - VİDEO

Avropa İttifaqı (Aİ) Belarus hava yolu şirkətlərinin Avropa hava məkanından və Aİ ölkələrindəki hava limanlarından istifadəsini qadağan etmək qərarına gəlib. Bu barı də qurumdan məlumat verilib. Üzv dövlətlərin səfirlərinin iyunun 4-də keçirilən iclasında keçən ay bir sərnişin təyyarəsinin Minskə endirilərək sərnişinlər arasındakı müxalifətçi bir jurnalistin saxlanılması səbəbindən Belarusa aviasiya qadağaları ilə bağlı razılıq əldə edilib. Qərara görə, Aİ ölkələri Belarus hava yollu şirkətlərinin qalxış, eniş və hava məkanından istifadə etmə tələblərini rədd edəcəklər.

Oxunuş sayı 963 dəfə
Şərh vermək üçün giriş edin
Top