Çərşənbə axşamı, 29 İyun 2021 03:10

SOS! Milyonlarla uşaq kütləvi ölüm təhlükəsilə üzləşib

Yəmən Milli Qurtuluş Hökumətinin Nəqliyyat Nazirliyi yanacaq daşıyan gəmilərin Hudeyda limanına girişinə qoyulan qadağanı kütləvi soyqırım kimi qiymətləndirib və milyonlarla yəmənli uşağın kütləvi ölüm təhlükəsi ilə qarşılaşdığı barədə xəbərdarlıq edib. Yəməndə davam edən mühasirə və dərman çatışmazlığı səbəbindən milyonlarla xəstə uşaq kütləvi ölüm riski altındadır. Səna aeroportu bütün uçuşları qarşılamağa hazırdır və BMT və dünyanın bütün azad insanlarını bu hava limanının yenidən açılması üçün çalışmağa çağırırıq, nazirlik bildirib. Nazirlik Səudiyyə rejiminin koalisiyasının hücumlarına görə, Yəmən nəqliyyat sektoruna dəymiş ziyanı da açıqlayıb.

Oxunuş sayı 347 dəfə
Şərh vermək üçün giriş edin
Top