Çərşənbə, 12 Aprel 2017 22:00

İcra başçısı jurnalisti sillələdi - VİDEO

Xeber.İnfo-nun verdiyi məlumata görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev jurnalistə sillə vurub.

Hadisə “Sovetski” ərazisində "Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı bir qrup şəxsin etirazı zamanı baş verib. Əraziyə gələn İbrahim Mehdiyevdən Fərqanə Novruzova adlı jurnalist açıqlama istəyib. Başçı jurnalistə kobud şəkildə "açıqlama vermirəm” deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama alacağında israr edib və başçının silləsi ilə “müküfatlanıb”.

Xeber.İnfo

İbrahim İbrahimli

Oxunuş sayı 1658 dəfə
Şərh vermək üçün giriş edin
Top