Cümə, 24 Fevral 2017 21:00

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı video-çarx - VIDEO

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı  azərbaycanlı gənc fəal video-çarx hazırlayıb.

“Xocalıya çağırış” adlanan həmin video Xocalı həqiqətlərinə biganə qalmamağı və bu böyük təbliğat marafonunda hər kəsin pay sahibi olmasını önə çəkir. Layihənin müəllifi Cavad Salmanlı, rejissoru isə Emil Bayramzadədir.

Xatırladaq ki, Cavad Salmanlı illərdir ki, Xocalı Soyqırımının təbliğatı ilə məşğuldur və bundan əvvəl də o, oxşar videolar “Bizi Unutma” və “Mən Xocalıyam” adlı sosial çarxlar hazırlamışdır.  

Oxunuş sayı 1222 dəfə
Şərh vermək üçün giriş edin
Top